Yəməndən bombalar altından təxliyə edilənlər arasında azərbaycanlı da var - REAL GÖRÜNTÜ
Rusiya Fövqəladə Hallar Nazirliyi Yəməndən Rusiya, eləcə də MDB ölkələri və digər dövlətlərin vətəndaşlarının növbəti təxliyyəsini həyata keçirib.
APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, əməliyyat döyüş şəraitində aparılıb. Təxliyə zamanı paytaxt aeroportu bombalanıb. Bu arada Yəməndə "humanitar atəşkəs"ə əməl olunmur. Səna hava limanının uçuş-eniş zolağı dağılıb. Bütün bunlar xilasediciləri qorxutmayıb. Bombardman altında havalanan təyyarə əvvəlcə Misir aeroprtlarından birinə yanacaq tədarükü görmək üçün enib. Daha sonra təyyarə Moskvaya istiqamət götürüb və 6 saatdan sonra Rusiya paytaxtına enib.
Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus iki təyyarə ilə 17-si uşaq olmaqla, 118 nəfər Rusiyaya gətirilib. Onların arasında 1 Azərbaycan vətəndaşı da var.
Yəməndən çıxarılan şəxslərin əksəriyyəti Özbəkistan və Yəmən, 14-ü Rusiya, 7-si Tacikistan, 3-ü Moldova, 2-si Efiopiya vətəndaşlarıdır.