Sabahdan Ramazan tətili başlayır

Nazirlər Kabinetinin qərarına əsasən iyulun 17-i və 18-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.


APA-nın məlumatına görə, 18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilib və 20 iyul qeyri-iş günüdür.

 

Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si  qeyri-iş günü olacaq.

Müəllif | Apa.Tv
Apa.tv