Ermənilər Ağdamın xarabalıqlarına od vurdu

Ermənistanın işğalçı ordusu nəzarət etdikləri Azərbaycan torpaqlarında gecələr yanğın törətməkdə davam edirlər.


APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ermənilər Ağdam şəhərinin xarabalıqlarına və rayonun işğal altında olan Muğanlı, Abdal Gülablı kəndlərinin ərazilərinə, həmçinin həmin istiqamətlərdə yerləşən dağ massivlərində meşə və quru otlaq sahələrinə od vurublar.

 

Sözügedən istiqamətlərdə səhər saatlarınadək  güclü alov müşahidə olunub.

Müəllif | Apa.Tv
Apa.tv