Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı namazının vaxtı ilə əlaqədar açıqlama yayıb.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram namazı iyulun 18-də qılınacaq.
Namazın vaxtı “Təzəpir” məscidində səhər saat 10:00-da, Əjdərbəy məscidində səhər saat 9:00-da müəyyən olunub.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov isə bildirib ki, bu gün yerli vaxtla səhər saat 06.25-də Azərbaycan ərazisində Ay təzələnib. Lakin Azərbaycan ərazisində təzə Ayın görünməsi iyulun 17-dən 18-nə keçən gecə baş verəcək.