Yəmənin mühacirətdə olan nazirləri ölkəyə qayıtdı
Yəmənin Səudiyyə Ərəbistanında mühacirətdə olan bir neçə naziri üç ay yarımdır davam edən vətəndaş müharibəsi ərzində ilk dəfə olaraq Ədən şəhərinə qayıdıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu, Səudiyyə koalisiyasının dəstəyi ilə Yəmən prezidenti Əb Rəbbu Mənsur Hadiyə sadiq qüvvələrin üsyançı husi-şiələrə ciddi zərbələr endirməsindən sonra mümkün olub.
Prezidentə sadiq qüvvələr Ədən aeroportunu və dəniz limanını da ələ keçiriblər.
BMT-nin məlumatına görə, 25 milyona əhalisi olan Yəməndə 21 milyon nəfərin bu və ya digər humanitar yardıma ehtiyacı var. Ölkədə əsl humanitar böhran yaşanır. Vətəndaş müharibəsi başlayandan ölənlərin sayı 3500 nəfəri keçib.