Ağdamda faciə: iki azyaşlı uşaq yanaraq öldü
Ağdamın Quzanlı qəsəbəsində Daş Evlər köçkün şəhərciyində yanğın hadisəsi baş verib.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ağdam rayonunun Saybalı kəndindən olan məcburi köçkün Zamiq Çingiz oğlu Kazımova məxsus ev yanıb.
Nəticədə onun iki azyaşlı qızı - 2012-ci il təvəllüdlü Əfsanə və 2013-cü il təvəllüdlü Rəqsanə Kazımovalar yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.