Nigeriyada dəhşətli terror: 49 ölü, 71 yaralı
Nigeriyada iki partlayış törədilib, nəticədə ən azı 49 nəfər ölüb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qombe şəhərinin bazarında baş verib.
Daha 71 nəfərin yaralandığı bildirilir. Yaralıların bir qisminin vəziyyəti ağır kimi qiymətləndirilir.
İnsidentə görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməsə də, partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.
Qeyd edək ki, iyulun əvvəlində Cos şəhərində törədilən iki partlayış nəticəsində 50 nəfər həyatını itirmişdi. Son iki həftə ərzində isə Nigeriyada 300-dən çox dinc sakin “Boko Haram”ın törətdiyi terror aktlarının qurbanı olub.