“İnter” İslandiyada qələbə qazandı - QOLLAR

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

 

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “İnter” səfərdə İslandiya klubu “Hafnarfyordur”un qonağı olub.

 

İlk hissədə komandaların hücum səyləri nəticə verməyib və rəqiblər fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissədə isə azarkeşlər 3 qol izləyiblər. Əvvəlcə ev sahibləri penalti zərbəsi ilə hesabı açıb. 54-cü dəqiqədə Kvekveskiri Rauf Əliyevə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Bu epizodda rəqib qapıçı qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Təmsilçimizin qələbə qolu isə 61-ci dəqiqədə Dieqo Martinsdən gəlib.

 

Beləliklə, səfərdə qələbə qazanan "bankirlər" cavab qarşılaşması üçün böyük üstünlük qazanıblar.

Müəllif | Apa.Tv
Apa.tv