PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilini yandırdı

PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.


APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana - Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar.

 

Yanğın səbəbindən yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb.

 

Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv