Ramzan Kadırov həyat yoldaşını boşamaqla hədələdi: "Əgər masada..."
Çeçenistan rəhbəri Ramzan Kadırov həyat yoldaşına onu boşayacağı ilə bağlı xəbərdarlıq edib.
APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bunu o,Qudermesdə uşaq qidaları istehsal edən zavodun açılışında bildirib.
"Mən Medni Muayevnaya xəbərdarlıq etmişəm. Mən axşam evə gəldikdə masanın üzərində Çeçenistan istehsalı olmayan başqa bir ərzaq növü görsəm, bu, bizim birliyimizin sonu olacaq. Düzdür, bu xəbərdarlığıma görə əziz anam Aymani Nasiyevna məni danlayıb və hətta söyüb. Amma mən tam ciddiyəm" - deyə Kadırov bildirib. O əlavə edib ki, hələlik evdə onun qoyduğu bu qaydaya əməl edilir.