Merkel fələstinli qızı belə ağlatdı - VİDEO

Almaniya kansleri Angela Merkel "Almaniyada yaxşı yaşam üçün vətəndaşlarla dialoq" layihəsi çərçivəsində 14-17 yaş arasında olan şagirdlərlə bir araya gəlib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, gülümsəyərək sual verən Reem adlı fələstinli qaçqın qız Almaniya kanslerinin cavabı qarşısında göz yaşlarını saxlaya bilməyib.

 

Fələstinli qız Liviyaya sığınan ailə üzvlərini görmədiyini bildirib. Almaniya kansleri isə Liviyaya sığınan qaçqınların hamısını ölkələrinə gətirməyin mümkün olmadığını qeyd edib:  "Siyasətçilər bəzən çətin anlar yaşaya bilir. Sən gözəl qızsan. Amma bilməlisən ki, Liviyadakı qaçqın düşərgəsində minlərlə fələstinli var. Bu qədər qaçqının isə hər birinə Almaniyada sığınacaq vermək mümkün deyil".

 

Balaca Reem kanslerin bu sözlərinə qarşılıq olaraq bildirib ki, hazırda ən böyük istəyi hər kəs kimi təhsil almaq və universitetə getməkdir. Göz yaşlarını saxlaya bilməyən fələstinli qızcığaz hər kəsə duyğu dolu anlar yaşadıb.

Müəllif | Apa.Tv
Apa.tv