Hillari Klinton: "İrana inanmıram"
ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Hillari Klinton İranla "altılıq" ölkələri arasında nüvə danışıqlarının nəticəsinə münasibət bildirib.
APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, xanım Klinton bu açıqlamanı keçirdiyi mətbuat konfransında səsləndirib.
"Əgər məndən soruşsalar ki, sən İrana inanırsan? Əminliklə "qətiyyən xeyr" cavabını verərdim" - deyə o, qeyd edib.
Demokratlar Partiyasından namizəd olan Hillari Klinton rəqibləri respublikaçılardan da eyni fikri eşitdiyini bildirib. "Orada mənim dostlarım var. Onlar hesab edirlər ki, İran aldadacaq. Düşünürəm ki, bu düzgün münasibətdir" - deyə ABŞ-ın keçmiş birinci xanımı vurğulayıb.