Niyazabad çimərliyi: natəmizlik, yoxsa məsuliyyətsizlik?

Şimal regionunun ən çox turist qəbul edən məkanlarından biri Nabrandır. Lakin burdakı ərazilərdə dincəlmək üçün tikilən mərkəzlərdə qiymətlər heç də hər kəsin cibinə uyğun gəlmir.

 

Belə olan halda aztəminatlı vətəndaşlar rayon ərazisində yerləşən digər çimərliklərə üz tutur. Bu ərazilərin nəzarətsiz olması isə ekoloji cəhətdən daha çox çirklənmə ilə nəticələnir.

 

Xəzər dənizinin Niyazabad kəndi ərazisindən keçən hissəsi uzun illərdir ki, əhalinin istifadəsindədir. Lakin bura gələn bəzi insanların təmizliyə laqeyd münasibəti nəticəsində sahildə hər addımbaşı müxtəlif növ məişət tullantı əşyalarına rast gəlmək mümkündür. Çimərliyin sahillərində xidmət üçün iaşə obyektlərinin az olması da bura gələn turistlərin dincəlməsini çətinləşdirir.

Müəllif | Apa.Tv
Apa.tv