İŞİD İraqda 3 tonluq bomba partlatdı

İraqın şərqindəki Bani-Saad şəhərinin mərkəzi bazarında törədilmiş partlayış nəticəsində azı 100 nəfər ölüb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.  

 

Qeyd edək ki, ötən gün Bani-Saad şəhərinin mərkəzi bazarında avtomobil partladılıb. Partlayış sakinlərin müqəddəs Ramazan bayramı ilə əlaqədar bazarda toplaşdığı an törədilib.

 

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

Məlumata görə, avtomobildə 3 ton partlayıcı maddə olub.   

   

Müəllif | Apa.Tv
Apa.tv