Bakıda ər-arvad bıçaqlaşdı, arvad öldü
Bakıda qətl hadisəsi baş verib. Bınəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Azadlıq prospekti 30/23-cü məhəllə, mənzil 1 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Miraslan oğlu Ağayevlə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mehriban Yusif qızı Ağayeva arasında münaqişə baş verib. Münaqişə zamanı Nazim Ağayev həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Daha sonra Mehriban Ağayeva yaralı vəziyyətdə mətbəxdən bıçaq gətirərək həyat yoldaşını bıçaqlayıb. Mehriban Ağayeva aldığı xəsarətlər nəticəsində ölüb, Nazim Ağayev isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.