Lənkəranda yumurtadan 4 ayaqlı ördək balası çıxdı

Lənkəranda şəxsi təsərrüfatların birində təbiət möcüzəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, şəhər sakini Zəminə Feyzullazadənin basdırdığı kürt ördəyin çıxardığı balalardan birinin 4 ayağı var. Maraqlıdır ki, iki ayağı üstə yeriyən 25 günlük bala digərləri kimi normal qidalanır, qaçış sürətinə görə o birilərindən heç də geri qalmır.

 

Təsərrüfat sahibi ömründə ilk dəfə belə hadisə ilə rastlaşdığını bildirib.

 

Mütəxəssislərin fikrincə, bu cür anomal halın baş verməsinə səbəb quşda genetik formanın pozulması, mayalanmanın qeyri-normal şəraitdə olması ilə əlaqəli ola bilər. Həmçinin burada  iqlim dəyişkənliyinin də müəyyən təsiri mümkündür.

 

Müəllif | Apa.Tv