Bazar günü Bakıda yağış yağacaq

Bakı və Abşeron yarımadasında iyulun 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz arabir yağış yağacağı gözlənilir.

 

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 18-23, gündüz 25-28 dərəcə isti olacaq.

  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında iyulun 19-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv