Bakıda 5 nəfəri ilan, 3 nəfəri əqrəb sancıb
Bakı şəhərində son 1 həftə ərzində təcili tibbi yardıma, gün ərzində 1700 yaxın insan müraciət edib. Bunu APA TV-yə Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. O bildirib ki, müraciətlər əsasən yüksək təzyiq, qan-damar xəstəlikləri, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkənlər tərəfindən olub.
Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, xəstəxanaya daha çox ilan sancma ilə müraciət olunub. Belə ki, son bir həftə ərzində 5 nəfəri ilan sancıb. Onlardan ikisi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər üçü isə vəziyyətləri yaxşı olmadığından xəstəxanaya yerləşdirilib. Bundan başqa 3 nəfər əqrəb sancma ilə daxil olub, onlardan ikisi evə buraxılıb, biri isə xəstəxanaya yerləşdirilib. Daha 5 nəfər isə müxtəlif allergik reaksiyalar ilə xəstəxanaya müraciət edib, onlardan ikisinin vəziyyəti yaxşı olmadığından xəstəxanada müalicələri davam etdirilir. Azər Maqsudov hazırda xəstələrin vəziyyətinin orta-ağır olduğunu deyib. İlan sancma ilə müraciət edənlərin əksəriyyətinin isə Bakı ətrafı kəndlərdən olduğu bildirib.