İŞİD kürdlərə qarşı kimyəvi silah işlətdi

İŞİD Suriyada kürd əhaliyə qarşı kimyəvi qaz bombası tətbiq edib. APA TV-nin "Yahoo News"a istinadən verdiyi məlumata görə, terrorçular bunu ölkənin şimal-şərqində - kürdlərin kompakt yaşadığı ərazidə həyata keçiriblər. Faktı peşmərgə birləşmələrinin komandanlığı təsdiqləyib.

Kimyəvi silahın tərkibi hələ təyin olunmayıb. Zəhərlənən kürdlər xəstəxanalara çatdırılıblar. Onların arasında vəziyyəti ağır olanlar çoxdur.

Müəllif | Apa.Tv
Apa.tv