ABŞ-da magistralda onlarla maşın yandı

ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhəri yaxınlığında baş verən yanğınlar meşələri məhv edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, alovlar artıq magistrala yolda hərəkət edən nəqliyyat vasitələrini yandırır. Onlarla avtomobilin yolun ortasında yandığı bildirilir. İki nəfər ağır xəsarətlər alıb. Yanğının ərazisi 1, 4 hektardır. Bir neçə ev külə dönüb. Alovla mübarizəyə 200 yanğınsöndürən və aviasiya cəlb edilib. Şəhər rəhbərliyi sakinlərin təxliyəsinə başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv