Nabranda polis reydi: 80 sürücü cəzalandırıldı
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları həftə sonu Nabran istirahət zonasında növbəti reyd keçiriblər.
Xaçmaz Dövlət Yol Polis Bölməsinin rəisi Əliağa Əsgərbəylinin APA TV-nin şimal bürosuna verdiyi məlumata görə, reydin keçirilməsində əsas məqsəd baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısı almaq və avtomobili spirtli içkinin təsiri altında idarə edən sürücüləri aşkarlamaq olub.
Reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-ə yaxın sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 7-si avtomobili sərxoş vəziyyətdə, 4 nəfər sürücülük hüququ olmadan idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.
Ə.Əsgərbəyli bildirib ki, reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam etdiriləcək.