Şəmkirdə iki maşın toqquşdu: xəsarət alanlar var

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ-2106” markalı avtomobillə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində “VAZ-2106”-da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Onlardan birinə ambulator yardım göstərilib, digər şəxs - Ağcabədi rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəm Hüseynovun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

  

Müəllif | Apa.Tv
Apa.tv