Şamaxıda avtomobil məhəccərə çırpıldı: 26 yaşlı gənc öldü
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
“VAZ-21014” markalı 99 BC 059 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qarşısına it çıxıb. Avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Zərbənin təsirindən avtomobilin arxa qapısı açılıb və 1989-cu il təvəllüdlü sərnişin, Oğuz rayon sakini Şahmar Nizami oğlu Sadəddinov yolun ortasına düşərək hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.