Avropa İttifaqı Şurasının prezidenti qondarma “erməni soyqırımı” abidəsini ziyarət etdi

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ermənistanda səfərdədir.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, Donald Tusk uydurma “erməni soyqırımı” abidəsini ziyarət edib.

 

Qonağı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan müşayiət edib. Sonra Donald Tusk “Soyqırımı muzeyi-institutu”nda olub.


Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Ermənistanda 1 günlük səfərdədir. O, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan ilə görüşəcək. Serj Sarkisyanla görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. Donald Tuskun müxalifət partiyaları ilə görüşü də nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv