Gülənin ABŞ-dan deportasiya ediləcəyi ölkənin adı açıqlandı
Pensilvaniyada yaşayan türkiyəli din xadimi, "Hizmət" hərəkatının lideri Fətullah Gülənin ABŞ-dan deportasiya ediləcəyi gözlənilir.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu yaxınlarda o, Cənubi Afrika Respublikasına köçəcək.
Hərəkat rəhbərləri artıq Gülən üçün Yohannesburqda mənzil axtarmağa başlayıblar. Hərəkat üzvləri ölkə prezidenti Zuma Ceykobla da danışıq aparıblar. Dövlət başçısı onlara etiraz edib. "Hizmət" nümayəndələri Fətullah Gülənə Cənubi Afrika Respublikası vətəndaşlığı almaq istəyirlər. Tərəflər avqustda yenidən görüşəcəklər.
Xatırladaq ki, Fətullah Gülən Türkiyədə "Hizmət" təşkilatının yaradıcısı və Yazıçılar və Jurnalistlər Fondunun yaradıcısıdır. Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ekstradisiyası üçün hüquqi prosesə start verildiyini bəyan edib.