Türkiyədə dəhşətli terror aktı: 25 ölü, 45 yaralı

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtı ilə 13.45) baş verib.

 

Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 25 nəfər ölüb, xeyli sayda yaralı var. Ən azı 45 nəfər xəstəxanalara yerləşdirilib.

 

Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.

 

Qeyd edək ki, İŞİD-dən azad olunmuş Suriyanın Kobani şəhərinin bərpası və inşası məqsədilə ora getmək istəyən Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) 350 gənc üzvü dünən İstanbuldan Şanlıurfanın Suruç qəsəbəsinə gedərək Amara Mədəniyyət Mərkəzində yerləşib.

Müəllif | Apa.Tv
Apa.tv