Xaçmazda iki maşın toqquşdu: xəsarət alan var
Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nın şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Ləman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şabran rayonunun Ağalıq kənd sakini, 36 yaşlı Ələsgər Yarıyevin idarə etdiyi 10 VT 983 dövlət nömrə nişanlı minik maşını ilə 10 GX 824 dövlət nömrə nişanlı “QAZel” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü Ələsgər Yarıyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona alının sol tərəfinin, sol gözün üst qapağının, burun yəhərinin əzilmiş-cırılmış yaralanması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.