Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb

İyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terrorçu-kamikadzenin törətdiyi partlayış zamanı yaralananların sayı 104 nəfərdir.

 

Qeyd edək ki, İŞİD-dən azad olunmuş Suriyanın Kobani şəhərinin bərpası və inşası məqsədilə ora getmək istəyən Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) 350 gənc üzvü İstanbuldan Şanlıurfanın Suruç qəsəbəsinə gedərək Amara Mədəniyyət Mərkəzində yerləşib. Gənclər keçirdikləri mətbuat konfransında Kobani şəhərinə səfərlərinin məqsədini açıqlayarkən terror hadisəsi törədilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə törədilmiş terror aktını pisləyib. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Müəllif | Apa.Tv
Apa.tv