Cəlilabad-Yardımlı avtomobil yolu çökdü

İki rayonu birləşdirən Cəlilabad-Yardımlı avtomobil yolunda baş verən torpaq sürüşməsi yolda keçilməz uçurumlar yaradıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, ərazidə nəqliyyat vasitələrinin hərəkətini təmin edən yeganə alternativ yol təhlükəli vəziyyətə düşüb.

 

Qeyd edək ki, Cəlilabad-Yardımlı avtomobil yolunda bir müddət əvvəl torpaq sürüşməsi baş verib. Yolun  Cəlilabad rayonunun Pərdi kəndindən keçən hissəsi 70 metr uzunluğunda dağılaraq çöküb.

 

Nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması üçün ərazidə çəkilmiş alternativ yol da tədricən dağılaraq sıradan çıxmaqdadır. Sürücülərin sözlərinə görə, yağıntıların intensiv xarakter alacağı təqdirdə, ərazidə torpaq sürüşməsinin əhatəsinin  bir neçə dəfə genişlənəcəyi istisna olunmur. Nəticədə isə 30-dan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilməsinə səbəb ola bilər.

 

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov sürüşmə zonasına mütəxəssislər  tərəfindən baxış keçirildiyini, vəziyyətin qaydaya düşməsindən ötrü tezliklə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Müəllif | Apa.Tv