Səbail sakini: "Qarpız doğrayarkən bıçaq qarnıma batdı..."
Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, Salyan şosesi 3-də yaşayan 43 yaslı Etibar Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Yaralı dərhal əməliyyat olunub. Həkim Səbuhi Sadıqov yaralı Etibar Məmmədovun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Həkim Səbuhi Sadıqov: "Dediyinə görə, qarpız doğrayarkən özünə təsadüfən xəsarət yetirib. Reanimasiya şöbəsində müalicəsini davam etdirir".
Hadisə barədə Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə məlumat verilib. Etibar Məmmədovun bıçaq xəsarətlərini qarpız kəsərkən, yoxsa başqa şəraitdə alması aparılan araşdırmalardan sonra məlum olacaq. Daxilə nüfuz edən yara dərin olduğundan, hadisənin təsadüf nəticəsində baş verdiyi inandırıcı görünmür.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.