Şəmkirdə Milli Mətbuatın 140 illiyi qeyd olundu
Azərbaycanda milli mətbuatın 140 illiyi münasibəti ilə Şəmkirdə tədbir keçirilib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətində təşkil edilən tədbirdə bölgədə fəaliyyət göstərən mətbuat və ictimaiyyət nümayəndələri, rayon rəhbərliyi, millət vəkili Sahibə Qafarova iştirak edib.
Çıxış edənlər Həsən bəy Zərdabinin təməlini qoyduğu Azərbaycan mətbuatının tarixinə nəzərə salaraq, bu peşənin ölkədə inkişaf yolundan danışıblar. Millət vəkili Sahibə Qafarova isə Azərbaycanın demokratik ölkə olduğunu deyərək, burada azad mətbuatın fəaliyyət göstərdiyini bildirib. Deputat qeyd edib ki, ölkə rəhbərinin diqqəti və qayğısı sahəsində Azərbaycan mətbuatı günü gündən inkişaf edir və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlər görülür.
Tədbir rayon Mədəniyyət Evinin musiqi kollektivlərinin çıxışı ilə davam etdirilib.