İmişlidə 18 yaşlı gənc çayda boğuldu

İmişlidə 18 yaşlı gənc çayda boğularaq dünyasını dəyişib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Araz çayının İmişli rayonundan keçən hissəsində baş verib.

 

Belə ki, ötən gün saat 17:00 radələrində İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Şəhriyar Taleh oğlu Abbasov çayda çimərkən anidən sulara qərq olub. Əraziyə toplaşan rayon sakinləri onu  suda tapmağa  çalışsa da, cəhdlər heç bir nəticə verməyib.

 

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib və axtarışlara başlanıb. Şəhriyar Abbasovun cəsədi saat 22:00 radələrində batdığı yerdən təxminən 20 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv