Çeçenistanda mikroavtobus dərəyə aşdı: 11 nəfər öldü

Çeçenistanda baş verən qəzada ölənlərin sayı 11-ə çatıb. APA TV-nin "Rosiyya-24" telekanalına istinadən verdiyi məlumata görə, sərnişin mikroavtobusu 200 metrlik dərəyə aşıb.

 

Hadisə yerində 9 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Xəstəxanada daha iki yaralı həyatını itirib. Yaralıların arasında 2 yaşlı körpə də var. Mikroavtobusdakı sərnişinlərin hamısı Dağıstanın Andi kəndinin sakinləridir. 

Müəllif | Apa.Tv
Apa.tv