Rusiyada dəhşətli qəza: 11 ölü, 28 yaralı

Rusiyanın Krasnoyarsk vilayətində, "Baykal" federal magistralında dəhşətli qəza baş verib.

 

APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, sərnişin avtobusu ilə yük maşını toqquşub.

 

Zərbənin gücündən sərnişin avtobusu aşaraq yanıb. Hadisə zamanı avtobusda 50 sərnişin olub. Hər iki nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla 11 nəfər ölüb. Ölənlərin arasında uşaqların da olduğu deyilir. 28 nəfər xəstəxanalara yerləşdirilib. Xəsarət alanlar vertolyot vasitəsilə ərazidən çıxarılır.

Müəllif | Apa.Tv
Apa.tv