Bərdədə 19 yaşlı gəlin özünü güllələdi

Bərdə rayonunda bir neçə ay əvvəl ailə quran qadın intihar edib. Hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 1996-cı il təvəllüdlü Cabbarova Aytac Əli qızı yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.

 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi isə cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv