APA “İlin Xəbər Agentliyi” seçildi
Parlament Jurnalistləri Birliyi Milli Mətbuat Gününün 140 illiyi münasibətilə jurnalistlər arasında rəy sorğusu keçirib.
APA TV-nın Modern.az-a istinadən xəbərinə görə, keçirilən rəy sorğusu nəticəsində “İlin media qurumları” və “İlin jurnalistləri” nominasiyası üzrə qaliblər müəyyənləşib.
Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib ki, parlament jurnalistləri arasında keçirilən rəy sorğusuna əsasən, “İdman Azərbaycan” “İlin telekanalı”, APA “İlin Xəbər Agentliyi”, “Kaspi” “İlin qəzeti”, “İctimai radio” “İlin radiosu”, “Modern.az” “İlin saytı” nominasiyasının qalibi olub.