Gəncədə iki qadını maşın vurdu

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-TV-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Laçın rayonundan məcburi köçkün, Goranboyda məskunlaşmış 1992-ci il təvəllüdlü Laçın Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən qəfil yolu keçmək istəyən şəhər sakini, 1986-cı il təvəllüdlü Vəfa Məmmədova və onun bacısı qızı, 12 yaşlı Günel Budaqini vurub. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv