Gəncədə maşın aşdı: 5 yaralı
Gəncədə 5 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Bakı avtomobil yolunda, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb.
Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı səkiyə çırpılıb və aşıb. Nəticədə sürücü və 4 sərnişin yaralanaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.