Lənkəranda yük maşını dərəyə aşdı: 1 ölü, 1 yaralı

Lənkəranda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 22-də saat 14.50 radələrində rayonun dağlıq Gəgiran kəndinin Piədi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1987-ci il təvəllüdlü Zamin Rza oğlu Əliyevin idarə etdiyi “QAZ-66” markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Nəticədə maşının sürücüsü və yanındakı sərnişini, Gəgiran kənd sakini, 1973-cü il təvəllüdlü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salınıb. Lakin M.Axundov yarı yolda dünyasını dəyişib. Reanimasiya şöbəsinə yerləşdirilmiş sürücü Z.Əliyevin də vəziyyəti ağır qiymətləndirilir.

 

İlkin versiya kimi hadisənin maşındakı texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırmalar aparır.

 

Müəllif | Apa.Tv