Xaçmazda iki bacı dənizdə batdı
Bu gün Xəzər dənizinin Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində iki nəfər boğulub.
APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakinləri - 1960-cı il təvəllüdlü Naibə Muradxan qızı Rəhimxanova və 1966-cı il təvəllüdlü Gülxanım Muradxan qızı Rəhimxanova dənizdə boğularaq ölüb.
Ölən şəxslər bacıdır. Onların meyiti tibbi müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırmalar aparılır.