APA I Avropa Oyunlarının ən geniş işıqlandırılması ilə bağlı müsabiqənin mükafatını aldı
Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbirdə Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Bakı-2015 Birinci Avropa Oyunlarının ən geniş işıqlandırılması ilə bağlı keçirdiyi müsabiqənin qalibləri açıqlanıb.
APA TV-nin məlumatına görə, birinci yerə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, ikinci yerə "Azərtac" İnformasiya Agentliyi və ATV telekanalı layiq görülüblər.
Üçüncü yeri isə “Azərbaycan” qəzeti, Trend və APA informasiya agentlikləri tutub.
Xüsusi mükafata isə “Lider” telekanalı və “Səs” İnformasiya Agentliyi layiq görülüb.