Misirdə faciə: Nil çayında iki gəmi toqquşdu
Nil çayında iki gəmi toqquşub. APA TV-nin beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, hadisə Misirin paytaxtı Qahirənin şimalında qeydə alınıb.
Yük və sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 15 nəfər ölüb.
Misir Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, sərnişin gəmisində 25 sərnişin olub. Onların çoxu uşaq olub. Sərnişinlərdən yalnız 6 nəfər xilas edilib.
Misir polisi yük gəmisinin kapitanını və onun köməkçisini həbs edib.