ŞOK: Əfqanıstanda oyuncaq silahlar qadağan olundu

Əfqanıstanda oyuncaq silahlar qadağan olunub. APA TV-nin xəbərinə görə, hökumət uşaqlar arasında zorakılıq şüurunun yayılmasının qarşısını almaq üçün bu cür oyuncaqlara qadağa qoyub.

 

Əfqanıstanın daxili işlər naziri Nurulhaq Ulumi təhlükəsizlik qüvvələrinə oyuncaq silahların toplanması haqqında əmr verib.

 

Üç gün davam edən Ramazan bayramında təkcə paytaxt Kabildə 100 uşaq oyuncaq silahlardan gözündən yaralanaraq xəstəxanaya müraciət edib.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi də açıqlama verib. Açıqlamada bildirilir ki, "oyuncaq silahlar xalq arasında fiziki və psixoloji zərərlərə səbəb olur".

 

Əfqanıstan hökuməti qadağadan əvvəl ölkəyə idxal olunan oyuncaq silahlardan alınan vergini 10 faizdən 50 faizə qaldırmışdı. Əfqanıstan rəsmiləri yüksək verginin bu cür oyuncaqların qara bazarda satılmasına şərait yaradacağını açıqlamışdı.

Müəllif | Apa.Tv
Apa.tv