Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupu həmsədrlərini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev iyulun 23-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

 

APA TV-nin məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv