Goranboyda oğul 79 yaşlı atasını döydü
Goranboy rayonunda 79 yaşlı kişi döyülüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağamalıoğlu kəndində qeydə alınıb.
Kənd sakini, 1939-cu il təvəllüdlü Qələndər Şamiyev qapalı kəllə-beyin travması, sol qulağın kəsilməsi, sağ qulağın zədələnməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərilən 79 yaşlı kişinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaralını xəstəxanaya gətirən şəxslər onun ruhi xəstə olan oğlu tərəfindən döyüldüyün bildiriblər.
Goranboy rayon Polis Şöbəsindən hadisə barədə məlumatlı olduqları və faktla bağlı araşdırma aparılacağı bildirilib.