Qusarda iki minik maşını toqquşdu: xəsarət alanlar var
İyunun 23-də axşam saatlarında Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Xudat yolunun 5-ci km-də, Balaqusar kəndi ərazisində qeydə alınıb.
“VAZ-2107” markalı minik maşını ilə “VAZ-21011” markalı avtomaşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki yaralının - “VAZ-2107”-nin sürücüsü, Qusar rayon sakini, 1965-ci il təvəllüdlü Murad Həbib oğlu Hüseynov və “VAZ-21011”-in sürücüsü, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Eduard Fərzəli oğlu Hacıyevin müalicəsi Qusar Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.
Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.