Şabranda maşın aşdı: sürücü öldü, ata və oğul yaralandı

İyulun 23-də axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran-Ərəblər yolunda qeydə alınıb.

 

Xaçmaz rayon sakini, 1969-cu il təvəllüdlü Əliyev Qərib Mövlud oğlunun idarə etdiyi 85 BK 327 dövlət nömrə nişanlı “QAZel” markalı  minik maşını aşıb. Qəza nəticəsində sürücü ölüb, iki sərnişin xəsarət alıb. Onlar Xaçmaz rayon sakinləri Eynulla Ağadadaşov və onun oğlu, 1992-ci il təvəllüdlü İnşallah Ağadadaşov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İnşallah Ağadadaşovun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv