Avropa Liqası: "İnter" - "Hafnarfyordur" - 2:2

Avropa Liqasında II təsnifat mərhələsində cavab oyunları keçirilib.


Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” İslandiya “Hafnarfyordur”u ilə qarşılaşıb.

 

Səfərdə qazandığı 2:1 hesablı qələbənin rahatlığı ilə meydana çıxan “bankirlər” ilk hissənin sonlarında hesabı açaraq, vəziyyəti bir az da öz xeyirlərinə dəyişiblər. Ancaq ikinci hissədə rəqibin ard-arda vurduğu iki qol oyunu əlavə vaxta aparıb. Əlavə olunmuş ilk 15 dəqiqənin 1-ci dəqiqəsində isə Rauf Əliyev fərqlənərək oyunda hesabı 2:2, ümumi hesabda isə 4:3 edib. Matç bu hesabla başa çatıb.

 

Beləliklə, "İnter" tarixində ilk dəfə UEFA Avropa Liqasında III mərhələyə yüksəlib. Növbəti mərhələdə “İnter”in rəqibi İspaniyanın "Atletik" (Bilbao) klubu ilə olacaq.

Müəllif | Apa.Tv
Apa.tv