Bakıda stamotoloji kabinet yandı

Bakıda Süleyman Rəhimov küçəsi 195 ünvanında yanğın baş verib. Yanğnını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən avtomobili cəlb olunub. Xidmətdən verilən məlumata görə, yanan obyekt əvvəl stamotolji kabinet kimi fəaliyyət göstərib.

 

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində bədən xəsarəti alan olmayıb.

 

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub. Yanğının baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı