Bakı-Quba yolunda maşın maneəyə çırpıldı: sürücü öldü

İyulun 23-də axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə magistralın 112-ci km-də qeydə alınıb.

 

90 BS 097 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv